Göz təzyiqi nədir?
Göz təzyiqi göz daxilindəki mayenin yaratdığı təzyiqdir. Göz daxilində maye daim əmələ gəlir və xaric olur; bu tarazlıq pozulduqda təzyiq yüksələ bilər.
Normal səviyyənin yüksəlməsi görmə sinirinə zərər verə bilər. Görmə sinirinin zədələnməsi isə görmə sahəsinin daralmasına səbəb olur.
Göz təzyiqinin əlamətləri
- baş ağrısı;
- göz ağrısı;
- bulanıq görmə;
- işıqların ətrafında halqalar görmək;
- görmə sahəsinin daralması.
Əlamət olmaya da bilərGöz təzyiqi çox vaxt uzun müddət heç bir narahatlıq yaratmadan yüksələ bilər. Buna görə 40 yaşdan sonra, ailəsində qlaukoma olanlara, şəkərli diabeti olanlara və uzun müddət hormonlu damcı istifadə edənlərə təzyiqin müntəzəm ölçülməsi tövsiyə olunur.
Müayinə və nəzarət
- göz daxili təzyiqin ölçülməsi;
- göz dibi müayinəsi — görmə siniri diskinin qiymətləndirilməsi;
- optik koherent tomoqrafiya (OCT) — görmə siniri ətrafındakı sinir lifləri qatının incəlməsinin izlənməsi;
- lazım olduqda əlavə müayinələrin təyini.
Müalicə və nəticə
Müalicə fərdi seçilir və həkimin nəzarəti altında davam etdirilir. Təyin olunmuş damcıları müntəzəm istifadə etmək və nəzarət müayinələrinə vaxtında gəlmək vacibdir.
Düzgün aparılmış müalicə nəticəsində göz daxili təzyiq normal səviyyəyə enmişdir.
Nə vaxt təcili müraciət etməli?
Gecikmədən müraciət edinKəskin göz ağrısı, gözdə qızartı, görmənin qəfil bulanması, işıqların ətrafında halqalar, baş ağrısı, ürəkbulanma və qusma birlikdə olduqda dərhal həkimə müraciət edin.