Uşaq oftalmologiyası

Uşaqlarda göz müayinəsi

Görmə tənbəlliyi (ambliopiya) uşaqlıq dövründə vaxtında aşkarlandıqda müalicəsi daha effektiv olur. Övladınızın görməsi gələcəyidir.

Həkim uşaq pasiyentin gözünü yarıqlı lampa ilə müayinə edir

Görmə tənbəlliyi (ambliopiya) nədir?

Ambliopiya uşaqlıq dövründə bir, bəzən hər iki gözün görmə funksiyasının normal inkişaf etməməsidir. Bu zaman beyin həmin gözdən gələn təsviri zəif qəbul edir.

Səbəbləri arasında çəpgözlük, iki göz arasında eynək dərəcəsinin (refraksiyanın) fərqli olması və görməyə mane olan digər hallar ola bilər.

Uşaq bir gözü ilə yaxşı gördüyü üçün problem bəzən uzun müddət hiss olunmaya bilər. Buna görə göz müayinəsini gecikdirməmək vacibdir.

Valideynlər nəyə diqqət etməlidir?

  • uşaq gözünü qıyır və ya bir gözünü yumaraq baxır;
  • kitaba, planşetə və ya televizora çox yaxın baxır;
  • başını bir tərəfə əyərək baxır;
  • gözlərdən biri kənara və ya içəri sürüşür;
  • tez-tez gözlərini ovuşdurur, gözləri sulanır;
  • bir gözü örtüləndə narahat olur.

Erkən diaqnozErkən diaqnoz sağlam görmənin qorunmasında çox önəmlidir.

Uşaq müayinəsi

Müayinə uşağın yaşına uyğun aparılır. Görmə itiliyi, gözlərin vəziyyəti və gözün ön seqmenti qiymətləndirilir, lazım olduqda əlavə müayinələr təyin edilir.

  • Uşağı müayinəyə yorğun və ya ac olmadığı vaxtda gətirmək müayinəni asanlaşdırır.
  • Uşaq eynək taxırsa, eynəyi özünüzlə götürün.
  • Müşahidə etdiyiniz əlamətləri və nə vaxt başladığını əvvəlcədən qeyd edin.

Balaca oftalmoloq

Göz müayinəsi uşaq üçün maraqlı təcrübəyə də çevrilə bilər. Həkimin paylaşımlarından birində balaca pasiyent qardaşının gözünü mikroskop altında maraqla müşahidə edib və bu dəfə həkim olmaq qərarına gəlib. Bəlkə də gələcəyin oftalmoloqu elə buradadır.

Qəbul

Qəbul vaxtını dəqiqləşdirin

Nizami Tibb Mərkəzi · Bakı, Yavər Səfərov küçəsi 10. Mərkəzə zəng edə və ya həkimə Instagram-da yaza bilərsiniz.