Virus konyunktiviti
Virus konyunktiviti gözün konyunktiva adlanan şəffaf selikli qişasının virus mənşəli iltihabıdır və ən çox rast gəlinən yoluxucu göz xəstəliklərindən biridir.
Əlamətləri
- göz qızartısı;
- sulanma və şəffaf ifrazat;
- yanma və batma hissi;
- işığa həssaslıq;
- göz qapaqlarında şişkinlik;
- bəzən boğaz ağrısı, qripə bənzər əlamətlər və qulaq önündə limfa düyünlərinin böyüməsi.
Adətən xəstəlik bir gözdə başlayır və bir neçə gün ərzində digər gözə də keçə bilər. Virus konyunktiviti olduqca yoluxucudur və əsasən əl təması, ortaq dəsmal, yastıq, kosmetik vasitələr və çirklənmiş səthlər vasitəsilə yayılır.
Yoluxmanın qarşısını almaq üçün
- əllərinizi tez-tez yuyun və gözlərinizi ovuşdurmayın;
- şəxsi dəsmal və yastıq üzlüyündən istifadə edin;
- göz kosmetikasını başqaları ilə bölüşməyin;
- xəstəlik dövründə kontakt linza taxmayın.
Subkonyunktival qansızma
Gözün konyunktivasında yaranan qəfil qansızma müxtəlif səbəblərlə bağlı ola bilər:
- yüksək arterial təzyiq;
- öskürək və ya asqırma;
- travma;
- ağır fiziki gərginlik;
- qan durulaşdırıcı dərmanlar.
Müayinədə gözün ön seqmenti qiymətləndirilir. Xüsusilə təkrarlanan hallarda göz dibi müayinəsi vacibdir, çünki damar dəyişiklikləri və sistemik problemlər barədə əlavə məlumat verə bilər.
Nə vaxt gecikməməliQansızma görmənin azalması, göz ağrısı və ya travma ilə müşayiət olunarsa, gecikmədən həkimə müraciət edin.
Gözə yad cisim düşdükdə
Göz sağlamlığınızı qoruyun — yad cisimlərin vaxtında çıxarılması vacibdir. Gözdə uzun müddət qalan yad cisim buynuz qişanı zədələyə və iltihaba səbəb ola bilər.
- gözü ovuşdurmayın;
- yad cismi iynə, pambıq çubuq və ya başqa əşya ilə çıxarmağa çalışmayın;
- mümkün qədər tez oftalmoloqa müraciət edin.
Kimyəvi maddə düşübsəGözü dərhal bol təmiz su ilə yuyun və təcili tibbi yardıma (103) müraciət edin.