Göz yaşı kanalının yuyulması nədir?
Göz yaşının normal axmasını təmin edən kanallarda tıxanma olduqda göz sulanması, irinli ifrazat və narahatlıq yarana bilər. Bu hallarda həkim tərəfindən göz yaşı kanalının yuyulması proseduru icra edilir.
Prosedur
- qısa müddətdə həyata keçirilir;
- adətən ambulator şəraitdə aparılır;
- kanalın açıq olub-olmadığını qiymətləndirməyə kömək edir;
- bəzi hallarda həm diaqnostik, həm də müalicəvi məqsəd daşıyır.
Hansı hallarda müraciət edilməlidir?
- davamlı göz sulanması;
- göz küncündə təkrarlanan iltihab;
- irinli ifrazat;
- göz yaşı kanalının tıxanmasından şübhələnildikdə.
VacibProsedur yalnız oftalmoloq tərəfindən aparılmalıdır.
Dakriosistit
Dakriosistit göz yaşı kisəsinin iltihabıdır. Göz yaşı kisəsi gözün daxili küncü ilə burun arasında yerləşir. İltihab zamanı həmin nahiyədə ağrı, şişkinlik, qızartı və irinli proses müşahidə oluna bilər.
Həkimin klinik təcrübəsindən: müvafiq müalicədən sonra iltihab əlamətləri əhəmiyyətli dərəcədə azalmış, klinik vəziyyətdə nəzərəçarpacaq yaxşılaşma əldə edilmişdir.
Erkən diaqnoz və düzgün müalicə həm fəsadların qarşısını alır, həm də sağalma prosesini sürətləndirir.